RU
Rusiya bir neçə ölkə ilə hava əlaqələrini bərpa edir
23:40
2105

Rusiya bir neçə ölkə ilə hava əlaqələrini bərpa edir

Rusiya sentyabrın 21-dən etibarən bir sıra ölkə ilə hava əlaqələrini bərpa edəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı yayıb. 

Məlumata əsasən, sentyabrın 21-dən başlayaraq Rusiya İspaniya, İraq, Kenya və Slovakiya ilə hava əlaqələrini bərpa edəcək. 

Bununla yanaşı, Rusiyanın Nazirlər Kabinetinin məlumatına görə, sentyabrın 21-dən etibarən Pskov, Maqadan, Murmansk və Çita hava limanlarından Misir və Türkiyəyə uçuşlar bərpa olunacaq.
 
7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ