İstismar deyil, qarşılıqlı hörmətə əsaslanan kommersiya münasibətlərinə üstünlük verməklə Qərb ölkələri üçün bir çox balansları dəyişdirən Afrika qitəsində ikitərəfli münasibətlərdə baş verən proseslər diplomatik nümayəndəliklərin fəaliyyətində də özünü göstərir.
7NEWS.az xəbər verir ki, Fransa əvvəllər uzun müddət müstəmləkə olan Nigerdəki səfirliyini bağlamağa hazırlaşarkən, Burkina Fasoda Rusiya səfirliyi yenidən açılır. Rusiyanın Fil Dişi Sahilindəki səfiri Aleksey Saltikov, Afrika qitəsinin qərb hissəsində yerləşən Burkina Fasonun paytaxtı Vaqaduqudakı Rusiya səfirliyinin dekabrın 28-dən etibarən fəaliyyətə başlayacağını açıqlayıb.
7NEWS.az








