RU
Rusiya Dmitri Qordonu axtarışa verdi
15:20
246

Rusiya Dmitri Qordonu axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi tanınmış ukraynalı jurnalist Dmitri Qordonu axtarışa verib.

7News.Az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in saytında yerləşdirilib.

Məlumata görə, Qordon cinayət işi çərçivəsində axtarışa verilib. Buna baxmayaraq, sözügedən cinayət işinin hansı maddə ilə başladıldığı açıqlanmayıb.

Xatırladaq ki, Rusiyanın İstintaq komitəsi martın 21-i üç maddə ilə Dmitri Qordona qarşı cinayət işi başladıb. Qeyd olunub ki, Qordon canlı efir zamanı Rusiyaya qarşı silahlı hücuma və nüvə silahından istifadə etməklə ona qarşı təcavüzkar müharibənin başladılmasına çağırıb. Bununla yanaşı, Rusiya tərəfi Qordonun rusiyalıları məhv etməyə çağırdığını və Rusiya Silahlı Qüvvələri barədə feyk məlumatlar yaydığını da iddia edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ