Rusiya Dövlət Duması ictimai yerlərdə "QR kod”ların tətbiq olunması ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
Bu gün parlamentin aşağı palatasının plenar iclasında Rusiya hökuməti tərəfindən hazırlanan və vətəndaşların yalnız peyvənddən sonra "QR kod”ları olduqda ictimai yerlərə getməsini nəzərdə tutan qanun layihəsinə baxılıb. Duma hökumətin təqdim etdiyi qanun layihəsini dəstəkləyib.
Qanun layihəsinə görə, kütləvi tədbirlərin keçirilməsi üçün yerlərdə, mədəniyyət müəssisələri, iaşə müəssisələri və pərakəndə satış obyektlərində vətəndaşlardan vaksinasiya ilə bağlı "QR kod” tələb olunacaq. Vətəndaşlar COVİD-19-a yoluxduqdan sonra sağaldıqları ilə bağlı arayışı və mənfi nəticəli PCR testi təqdim edə bilərlər.
Qanun layihəsində bu qaydaların növbəti ilin iyunun 1-dək tətbiqi nəzərdə tutulur. Üstəlik, fevralın 1-dək "QR kod”u almamış rusiyalılar mənfi PCR testi təqdim edə bilərlər./apa
7NEWS.Az








