Rusiya dördüncü nəsil sualtı gəmisi "Kazan"ı təmtəraqlı mərasimlə suya saldıqdan sonra mərasimdən çəkilən bir-birindən maraqlı fotolar yayılıb.
7News.az Rusiya mətbuatına istinadən bildirir ki, 520 metr dərinliyə enə bilən dördüncü məsil "Kazan" saatda 31 dəniz mili məsafə qət edə bilir.
13 800 ton ağırlığında, 119 metr uzunluğunda olan gəmi daha az səsli mühərrik sisteminə malikdir. Bu isə onun barəsində məlumat almaq imkanını azaldır. Su altında 2200 km yolu fasiləsiz qət edə bilir.
2009-cu ildə hazırlanmasına başlanan nüvə sualtısı Rusiyanın Dəniz Donanmasını modernləşdirmək yolunda atılan önəmli addımlardan biridir. 2018-ci ildə sınaq müddəti başa çatdıqdan sonra "Kazan”orduya veriləcək. Gəmidə 64 ekipaj üzvü olacaq.//Cebhe.info




7News.az








