RU
Rusiya Ermənistandakı qoşunlarını həyəcan siqnalı ilə ayağa qaldırdı
12:41
1572

Rusiya Ermənistandakı qoşunlarını həyəcan siqnalı ilə ayağa qaldırdı

Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsi bazasının hərbçiləri döyüş hazırlığının yoxlanılması üçün həyəcan siqnalı ilə ayağa qaldırılıb.

7News.Az xəbər verir ki, bununla bağlı Cənub Hərbi Dairəsinin mətbuat katibi, polkovnik Vadim Astafyev "RİA Novosti”yə açıqlama verib. 

"Cənub Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikovun əmri ilə Ermənistandakı hərbçiləridöyüş hazırlığının yoxlanılması üçün həyəcan siqnalı ilə ayağa qaldırılıb”, - o bildirib. 

Məlumata görə, yoxlanışa Rusiya bazasının bütün birləşmələri və qoşunları cəlb edilib. 

Astafyev əlavə edib ki, şəxsi heyət Alaqyaz və Kamxud poliqonlarında yürüşlər təşkil edəcək. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ