7NEWS.az xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada, "Progress-MS-28" yük kapsulunu daşıyan "Soyuz-2.1a" raketinin GMT ilə saat 06.20-də Qazaxıstanın Baykonur Kosmodromundan uğurla buraxıldığı bildirilib. Ekipaj və elmi təcrübələr üçün yanacaq, içməli su, qida, azot və müxtəlif avadanlıqlardan ibarət 2,6 tonluq faydalı yük daşıyan kosmik gəminin avqustun 17-də Beynəlxalq Kosmik Stansiyaya çatması gözlənilir.
7NEWS.az








