RU
Rusiya gərginlyi PİK HƏDDƏ çatdırdı: Hərbçilər həbs edildi
13:00
335

Rusiya gərginlyi PİK HƏDDƏ çatdırdı: Hərbçilər həbs edildi

Rusiya Qara dənizin Krım sahillərində ələ keçirdiyi Ukrayna hərbi gəmilərinin 24 nəfərlik heyətindən 7-i həbs edib.

7News.Az xəbər verir ki, bu barədə "Ria Novosti” agentliyi məlumat yayıb.

Belə ki, Krımda yerləşən Rusiya məhkəməsi ölkənin su sərhədlərini qanunsuz şəkildə keçdiyinə görə 7 hərbçi haqqında 2 ay müddətinə həbs qərarı çıxarıb.

Digər hərbçilərin məhkəmə prosesi isə davam edir.

Qeyd edək ki, Kerç boğazında Rusiyanın hərbi gəmiləri ilə Ukrayna donanmasına aid 3 gəmi arasında silahlı qarşıdurma yaşanmışdı. Rusiya gəmiləri ölkənin su sərhədini pozması iddiası ilə Ukraynanın hərbi gəmilərinə atəş açmışdı. Nəticədə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 hərbçisi yaralanmışdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ