RU
Basketbolçu Brittni Qrayner ABŞ-a, biznesmen Viktor But isə Rusiyaya qaytarılıb
22:00
880

Basketbolçu Brittni Qrayner ABŞ-a, biznesmen Viktor But isə Rusiyaya qaytarılıb

ABŞ-da 25 il həbs cəzasına məhkum edilmiş Rusiya biznesmeni Viktor But bu gün ölkəsinə qaytarılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"BƏƏ-nin paytaxtı Əbu-Dabi hava limanında rusiyalı Viktor Butla ABŞ vətəndaşı Brittni Qrinerin dəyişdirilməsi prosesi uğurla başa çatıb”, - nazirlik əlavə edib.

Nazirlikdən bildirilib ki, rəsmi Vaşinqton Viktor Butun Rusiya ilə mübadilə sxeminə daxil edilməsi ilə bağlı dialoqdan qəti şəkildə imtina edib: "Artıq uzun müddətdir ki, Rusiya Federasiyası ABŞ-la Viktor Butun azad edilməsi ilə bağlı danışıqlar aparır. Rəsmi Vaşinqtonun Rusiyanın Butun mübadilə sxeminə daxil edilməsi ilə bağlı dialoqdan qəti şəkildə imtina etməsinə baxmayaraq, Rusiya soydaşımız Viktor Butun azad edilməsi üçün işləri fəal şəkildə davam etdirib”, - nazirlik vurğulayıb./apa
 
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ