Böyük Britaniyanın səfiri Rusiya XİN-ə çağırılıb.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Sevastopolda Rusiyanın Qara dəniz donanmasına hücumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Britaniyalı səfirin gəlişi zamanı Rusiya XİN-in binasının girişində bir qrup etirazçı "Britaniya terrorçu ölkədir” şüarını səsləndirib.
Təxminən yarım saat nazirlikdə qalan Bronnert görüşündən sonra jurnalistlərin suallarını cavablandırmadan binanı tərk edib.
7News.Az








