7NEWS.az xəbər verir ki, Rusiya müdafiə büdcəsini 25 faiz artıraraq rekord həddə çatdırmağı planlaşdırır. Ən son planlaşdırılan xərc artımı 2025-ci ildə Rusiyanın müdafiə büdcəsini rekord həddə - 13,5 trilyon rubla (109 milyard funt-sterlinq) çatdıracaq. Sənədlərin layihələrində deyilir ki, Ukraynada davam edən müharibə səbəbindən müdafiə və təhlükəsizlik dövlət xərclərinin 40 faizini təşkil edəcək.








