RU
Rusiya istiqamətindən gələn dron Latviyada neft anbarına düşüb
11:40
22

Rusiya istiqamətindən gələn dron Latviyada neft anbarına düşüb

Rusiya istiqamətindən gələn bir neçə pilotsuz uçuş aparatı Latviya hava məkanına daxil olub, onlardan biri Rezekne şəhərində yerləşən neft rezervuarına çırpılıb.

"Delfi”nin məlumatına görə, çən boş olduğundan yanğın baş verməyib.

Bununla belə, xilasedicilər ehtiyat tədbiri olaraq rezervuarın soyudulması işlərini həyata keçiriblər.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Baş verən insidentdən sonra Latviyada parlamentin Milli Təhlükəsizlik Komissiyasının iclasının çağırılacağı bildirilib. İclasda ölkənin hava məkanının təhlükəsizliyi və pilotsuz aparatların daxil olması məsələsi müzakirə olunacaq.

Eyni zamanda, sosial şəbəkələrdə dronun uçuşunu və zədələnmiş neft çənlərini əks etdirən foto və videolar yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ