7NEWS.az xəbər verir ki, Ukrayna kəşfiyyatı 50 minə yaxın rus və Şimali Koreya əsgərinin Kurskda yeni əks-hücuma hazırlaşdığını iddia edib. Kiyev qüvvələri 2022-ci ildə tammiqyaslı işğalın başlanmasından bəri ilk dəfə olaraq Kurskda Rusiya ərazisinin əhəmiyyətli bir hissəsini ələ keçirməyə və saxlamağa müvəffəq olub. Ukrayna prezidenti Vladimir Zelenski keçən ay Kursk əməliyyatının "müharibənin çox mühüm mərhələsini” təşkil etdiyini bildirmişdi.








