RU
Rusiya maarif nazirinin keçmiş müavini barəsində axtarış elan edilib
19:00
354

Rusiya maarif nazirinin keçmiş müavini barəsində axtarış elan edilib

Rusiya maarif nazirinin keçmiş müavini, "Sberbank”ın vitse-prezidenti Marina Rakova barəsində federal axtarış elan edilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk oktyabrın 1-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, axtarış elan olunmasına səbəb Rakovanın istintaqdan yayınmasıdır. Bir müddət əvvəl keçmiş məmura qarşı qiyabi olaraq iri məbləğdə dələduzluğa görə ittiham irəli sürülüb.

Bildirilib ki, bu yaxınlarda keçmiş nazir müavini 50 milyon rubldan artıq (670 min dollar) mənimsəmədə təqsirləndirilib. O, 2019-cu ildə Təhsilin İnkişafının Yeni Formaları Fonduna büdcə vəsaitinin ayrılmasında lobbiçilikdə şübhəli bilinir. Bu məbləğ "Gələcəyin Müəllimi” federal layihəsi üçün hökumət müqavilələri üçün nəzərdə tutulubmuş. Bundan başqa, iki "elmi araşdırma” ilə bağlı hesabatlarda saxtalaşdırma əlamətləri aşkar edilib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ