Rusiya Müdafiə Nazirliyinin Tu-154M təyyarəsi İran hava sahəsini keçə bilməyib və qəfil istiqamətini dəyişib.
7NEWS.Az lenta-ya istinadən xəbər verir ki, uçuş marşrutunun ekran görüntüsündə, təyyarənin İran sərhədinə gedərkən geriyə dönərək Moskvadan bir gün əvvəl gəldiyi Həştərxan istiqamətinə getdiyi nəzərə çarpıb.
İranın hava məkanında uçuşların qadağan edilməsinin səbəbi hələlik məlum deyil. Hazırda baş verənlərlə bağlı rəsmi şərh yoxdur.
7NEWS.Az








