RU
Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atıb
19:20
198

Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atıb

Rusiya ordusu son 6 gündə Ukrayna ərazisinə 150-yə yaxın raket atıb.

7NEWS.Az "Ukraina seyças”a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Yuri İqnat deyib.

Onun sözlərinə görə, raketlərdən 18-i noyabrın 17-də atılıb. Onlardan 6-sı havada vurulub.

Bundan başqa, bu gün Ukrayna səmasında İran istehsalı olan 5 "Şahid-136” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Rusiya qoşunları noyabrın 15-də isə Ukrayna ərazisinə 111 raket buraxıb.

Baş Qərargahın məlumatına görə, Rusiyanın noyabrın 11-dən bəri Ukrayna ərazisinə atdığı 102 raket məhv edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ