RU
Rusiya ordusu Ukraynanın Liman şəhərini atəşə tutub, 6 nəfər ölüb
15:00
544

Rusiya ordusu Ukraynanın Liman şəhərini atəşə tutub, 6 nəfər ölüb

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

Bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə, şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub.

Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ