RU
Rusiya ordusundan Arktikada effektli raket atəşi - VİDEO
13:53
622

Rusiya ordusundan Arktikada effektli raket atəşi - VİDEO

Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanması təlimlərdə ilk dəfə olaraq Kotelnıy adasında "Bastion” raket kompleksini sınaqdan keçirib. 

7News.Az xəbər verir ki, sınağın görüntüləri Rusiya Müdafiə Nazirliyinin "YouTube” kanalında yerləşdirilib. 

Məlumatlara görə, sınaq uğurla həyata keçirilib və kompleksdən buraxılan "Oniks” qanadlı raketi 60 kilometr uzaqlıqdakı hədəfi məhv edib. Bu isə kompleksin Arktikada döyüş növbətçiliyinə hazır olduğunu təsdiqləyib.

Qeyd edək ki, son illər Rusiya Arktika istiqamətində güc birləşmələrini artırmaqdadır. Bu, Arktikanın şelf zonasında böyük neft yataqlarının aşkarlanması ilə əlaqələndirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ