“PKK terrrorçuları zenit qurğuları və raketlərdən istifadə edirlər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı terrorçu Kürd Fəhlə Partiyasını (PKK) silahlandırmaqda ittiham edib.
7News.Az-ın məlumatına görə, Ərdoğan bu barədə Türkiyənin “Star” qəzetinə müsahibəsində deyib.
“Hazırda PKK terrrorçuları Rusiyanın verdiyi zenit qurğuları və raketlərdən istifadə edirlər. Bu silah terror təşkilatına Suriya və İraq vasitəsilə çatdırılır”.








