RU
Rusiya prezidenti Vladimir Putin
15:12
1239

Rusiya prezidenti Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gələcək.

7News.Az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.

Qeyd edilib ki, səfər may ayının sonlarında baş tutacaq. Səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

“Çox güman ki, səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yollarının, o cümlədən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranmış vəziyyətin müzakirəsi olacaq”, - mənbə bildirib.

Putinin İrəvanada gedəcəyi istisna deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ