Rusiyanın Sevastopoldakı Qara Dəniz Donanmasının qərargahı PUA hücumuna məruz qalıb.
Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev teleqram kanalında bildirib.
O qeyd edib ki, hadisə nəticəsində ölən olmayıb.
Hazırda qərargaha giriş-çıxış polis tərəfindən bağlanıb.








