Rusiya 2035-ci ilədək nəqliyyat strategiyası çərçivəsində ictimai nəqliyyat naminə şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırmaq qərarına gəliblər.
7NEWS.Az "kommersant”a istinadən xəbər verir ki, bu tədbir eyni zamanda avtomobil sahiblərinin ətraf mühitə daha az zərər vurmasını təmin etmək məqsədi daşıyır.
Plan çərçivəsində ekoloji cəhətdən təmiz olmayan mühərrikli nəqliyyat vasitələrinin istifadəsini minimuma endirməyi, yollarda elektromobillər üçün yanacaqdoldurma məntəqələrinin sayını min dəfədən çox artırmaq təklif edilir.
Sənəddə həmçinin növbəti 15 il ərzində avtomobil, dəmir yolu, su, hava və digər nəqliyyat növlərinin inkişafı üzrə uzunmüddətli planlar öz əksini tapıb.
Qəzetin yazdığına görə, strategiyanın müəllifləri bununla atmosferə atılan tullantıların azaldılmasının zəruriliyinə işarə ediblər. Onlar xüsusilə qeyd edirlər ki, atmosferə atılan çirkləndiricilərin 61 faizi avtomobillərin payına düşür. Bu səbəbdən hökumət şəxsi avtomobillərin istifadəsini məhdudlaşdırmaq, onların sahiblərini ictimai nəqliyyata köçürməyi təklif edir.
Plana əsasən 2035-ci ilə qədər Rusiyanın 20 ən böyük şəhərində ictimai nəqliyyatın 30 faizinin pilotsuz olacağı gözlənilir. Eyni zamanda, əsas magistral yollarla pilotsuz yükdaşımaların payı 50 faizə yüksələcək.
2035-ci ilə qədər ictimai nəqliyyatın pulsuz olması ideyaları da var.
7NEWS.Az








