RU
Rusiya: Son sutka ərzində 903 Ukrayna dronu vurulub
14:10
69

Rusiya: Son sutka ərzində 903 Ukrayna dronu vurulub

Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi logistika mərkəzlərinə, yanacaq, enerji və nəqliyyat infrastrukturu obyektlərinə, eləcə də sursat anbarlarına zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində səkkiz idarə olunan bomba və 903 Ukrayna dronunu vurub.

Rusiya Müdafiə Nazirliyi, həmçinin son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhələr üzrə təxminən 1400 hərbçi itirdiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ