RU
Rusiya taxıl müqaviləsində iştirakın bərpası üçün şərtlər təqdim edib
23:20
377

Rusiya taxıl müqaviləsində iştirakın bərpası üçün şərtlər təqdim edib

Kiyev taxıl müqaviləsinin müddəalarından öz hərbi məqsədləri üçün istifadə etməyi dayandırmalıdır.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

"Əgər Ukrayna bu şərtə təminat verə bilsə, o zaman Rusiya müqavilədə iştirakını bərpa etməyi nəzərdən keçirəcək", - nazir müavini vurğulayıb.

Həmçinin bildirilir ki, xarici işlər nazirinin müavini Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar ilə görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ