RU
Rusiya
17:50
21

Rusiya "Telegram"ın yaradıcısı Pavel Durovu terrorçu və ekstremistlər siyahısına salıb

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) "Telegram" messenjerinin yaradıcısı Pavel Durovu terrorçu və ekstremistlər siyahısına daxil edib.
 Bu barədə məlumat "Rosfinmonitorinq"in rəsmi reyestrində yer alıb.

Qurumun açıqlamasında Pavel Durovun terrorçu və ekstremistlər siyahısına əlavə edildiyi bildirilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) "Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı terrorçuluq fəaliyyətinə yardım etmə maddəsi ilə ittiham irəli sürüldüyünü açıqlamışdı. FSB həmçinin Durovun beynəlxalq axtarışa verilməsi proseduruna başlanıldığını bildirmiş, "Telegram" administrasiyasını Ukrayna xüsusi xidmət orqanları, terrorçu və ekstremist təşkilatlar tərəfindən istifadə olunduğu iddia edilən kanal, çat və botları silməməkdə ittiham etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ