RU
Rusiya terrora görə TƏZMİNAT ÖDƏYƏCƏK: 3 milyon!
18:01
587

Rusiya terrora görə TƏZMİNAT ÖDƏYƏCƏK: 3 milyon!

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2004-cü ildə Rusiya tərəfindən törədilmiş Beslan terror aktı ilə bağlı qərar qəbul edib.

7News.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, Rusiya terror qurbanlarının yaxınlarına üç milyon avro ödəməlidir. Bu pul 406 iddiaçı arasında bölüşdürüləcək.

Rəsmi Moskva isə bu qərarla razılaşmayaraq bu iddianın əsassız olduğunu söyləyib. Məlumata görə, Ədliyyə Nazirliyi bununla bağlı yenidən məhkəməyə müraciət edəcək. 

Xatırladaq ki, 2004-cü il, sentyabrın 1-də 32 terrorist Beslanda yerləşən məktəbi ələ keçirib, məktəbi 3 gün minalı vəziyyətdə girov götürüb. Bu terror aktı nəticəsində 1100-dən çox əsir götürülüb, 333-ü öldürülüb, 800 nəfər isə yaralanıb.
 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ