“Rosselxoznadzor” Türkiyədən gətirilən kahıya qadağa qoydu.
Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidməti (“Rosselxoznadzor”) gələn həftə Türkiyədən bütün meyvə və tərəvəz tədarükünü qadağan edə bilər.
7news.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidməti rəhbərinin köməkçisi Aleksey Alekseyenko bildirib.
“Bəli, ehtimal böyükdür”, - o deyib.
Bu ərəfədə “Rosselxoznadzor” Rusiyaya kahının gətirilməsinə qadağa qoyub.
7news.Az








