RU
Rusiya Ukrayna-Belarus sərhədində birgə təlim keçirməyi planlaşdırır
14:10
186

Rusiya Ukrayna-Belarus sərhədində birgə təlim keçirməyi planlaşdırır

Sentyabrın 8-14-də Ukraynanın şimal vilayətləri ilə sərhəddə Rusiya, Belarus və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) başqa üzvlərinin birgə iştirakı ilə hərbi təlim keçirilməsi planlaşdırılıb.

Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkoya bağlı olduğu iddia edilən "QardServis” xüsusi mühafizə müəssisəsinin əməkdaşlarına Rusiyanın "Vaqner” Özəl Hərbi Şirkətinin üzvləri mühəndis, atıcılıq üzrə təlim keçir. Onlara tank əleyhinə qumbaraatan, avtomatik qumbaraatan, "Kalaşnikov" pulemyotu paylanıb. Bildirilib ki, Belarusdan olan mühafizəçilərin Ukrayna ərazisinə təxribat məqsədilə atılması planlaşdırılır.

Məlumata görə, sentyabrın 15-dək Rusiya Ukraynanın Donetsk vilayətini bütövlükdə ələ keçirmək istəyir./report
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ