RU
Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub, 12 nəfər ölüb, 30 nəfər yaralanıb
15:30
215

Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub, 12 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitse şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

7News.Az "RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli "Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.

Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ