RU
Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdı - Video + Yenilənir
11:40
108

Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdı - Video + Yenilənir

Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.

Bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.

İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.

 

Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

***

Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı 10-dan çox insan yaralanıb.

Bununla yanaşı, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs saxlanılıb.

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ