Rusiyada Perm Universitetində silahlı insident zamanı xəsarət alanların sayı 43-ə çatıb.
7News.Az xəbər verir ki, bu barədə məlumatı Perm diyarının səhiyyə naziri Anastasiya Kruten açıqlayıb.
Onun sözlərinə görə, xəsarət alanlardan 12-si Perm şəhərinin üç xəstəxanasında stasionar müalicə alır.
Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdı - Video + Yenilənib
Yaralılardan yalnız insidenti törədən 18 yaşlı Timur Bekmansurovun vəziyyəti ağırdır.
A.Kruten xatırladıb ki, dünən T. Bekmansurovun ayağı amputasiya olunub.
Qeyd olunub ki, yaralıların sayının artmasına səbəb zərərçəkmişlərin insidentdən sonra tibbi yardım üçün müraciət etmələridir. Bildirilib ki, həmin şəxslər yüngül travma alıb və onlar stasionar müalicəyə ehtiyac duymurlar.








