RU
Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
14:20
183

Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev arasında telefon danışığı olub.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti rusiyalı həmkarını ölkəsindəki son vəziyyət barədə məlumatlandırıb. Kasım-Jomart Tokayev ölkədə vəziyyətin stabilliyə doğru yönəldiyini bildirib.

Qazaxıstan Prezidenti Tokayev Rusiya Prezidenti Vladimir Putinə KTMT çərçivəsində verdiyi dəstəyə görə təşəkkür edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ