Dünən Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə mayın 9-da saat 02 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Şirxan Süleymanovun idarə etdiyi “KİA” və Rusiya Federasiyası vətəndaşı Absalutdin Qasanbekovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub.
Nəticədə Ş.Süleymanovun sərnişini, paytaxt sakini Fərhad Kamilov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır. |qafqazinfo/az
7News.Az








