RU
Rusiya vətəndaşlarına viza tətbiq edilməlidir
20:10
300

Rusiya vətəndaşlarına viza tətbiq edilməlidir

Gürcüstan Rusiyadan kütləvi miqrasiya problemi ilə üz-üzədir. 

Bunu ölkə Prezidenti Salome Zurabişvili deyib.

"Bu, müəyyən mənada fürsət olan bir çağırışdır. Çünki bu bizə gürcü tolerantlığının və qonaqpərvərliyinin nə demək olduğunu bir daha göstərir. Lakin qonaqpərvərlik axmaqlıq olmamalıdır”, - Zurabişvili qeyd edib. 

Ruslar üçün vizaların tətbiqindən danışan Zurabişvili qeyd edib ki, gələcəkdə "arzuolunmaz niyyətlərin qarşısını almaq” üçün "müvafiq qaydalar”ın tətbiqi  lazımdır.

Gürcüstan Prezidenti həmçinin bəyan edib ki, ölkə Avropaya inteqrasiya istiqamətində kursunu dəyişmir. 

"Avropaya genişlənmə perspektivi yaranıb və bu, Avropa siyasətinin uğurunun nəticəsidir... Məhz buna görə də biz Avropa ilə inteqrasiya etmək istəyirik”, - o vurğulayıb./olke

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ