RU
Rusiya XİN başçısının müavini Hüseyn Əmir-Abdullahianla görüşüb
17:20
315

Rusiya XİN başçısının müavini Hüseyn Əmir-Abdullahianla görüşüb

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Tehranda keçirilən "BMT Nizamnaməsinin Müdafiəsi Naminə Dostlar Qrupunun Birinci Toplantısı” çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən H.Əmir-Aabdullahian iki ölkənin birgə əməkdaşlıq komissiyasının bu yaxınlarda keçirilən iclasının uğurlarından danışıb və problemlərin sülh yolu ilə həlli üçün çoxtərəfli platformalarda əməkdaşlığın zərurətini vurğulayıb.

Görüşdə S.Verşin də bildirib ki, İran və Rusiyanın bir çox regional və beynəlxalq məsələlər, Qərbin dünyaya hakim olmaq üçün tətbiq etdiyi sanksiyalar, NATO ilə ABŞ arasında media müharibəsinə təsir etmək üçün ortaq fikir və baxışlar var.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ