RU
Rusiya XİN İran PUA-larına reaksiya verdi
19:30
120

Rusiya XİN İran PUA-larına reaksiya verdi

"Rusiyanın İrandan hücum pilotsuz təyyarələri alması ilə bağlı Vaşinqtonun bəyanatlarını Moskva məqsədli dezinformasiya kimi qiymətləndirir".

Bunu Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda belə şeylər adi hala çevrilib: 

"Amerikanın yüksək rütbəli nümayəndəsinin növbəti gülünc bəyanatı Moskvada açıq çaşqınlığa səbəb olub, lakin biz bunu Ceyk Sallivanın vicdanına buraxırıq".

Mənbə qeyd edib ki, görünür, bu bəyanat Cozef Baydenin 13-16 iyul tarixlərinə planlaşdırılan Yaxın Şərq turu üçün hazırlanıb və ərəb dövlətləri arasında ezinformasiyanın məqsədyönlü şəkildə yayılması onların anti-İran əhval-ruhiyyəsini daha da qızışdırmalıdır. Rusiya Federasiyası və İran İslam Respublikası yalnız həssas hərbi-texniki sahədə əməkdaşlıq edir”./yenisabah
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ