RU
Rusiya XİN: Türkiyənin cənub sərhədləri ilə bağlı həssaslığını anlayışla qarşılayırıq
15:20
204

Rusiya XİN: Türkiyənin cənub sərhədləri ilə bağlı həssaslığını anlayışla qarşılayırıq

Moskva Türkiyənin cənub sərhədlərinin qorunmasında tərəfdaşlar üçün həssaslığını anlayışla qarşılayır, lakin Suriyanın ərazi bütövlüyünü pozmamağı zəruri hesab edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib.
O, Türkiyənin Suriyada planlaşdırdığı quru əməliyyatını vaxtından əvvəl atılmış addım adlandırıb.

Diplomat Rusiya və Türkiyənin hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması üçün sıx əməkdaşlıq etdiyini də söyləyib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ