Rusiyada 4 yaşlı qızın başını kəsən özbəkistanlı dayə Gülçöhrə Bobokulova ilə bağlı yeni təfərrüatlar məlum olub.
39 yaşlı qatil şizofreniya xəstəliyindən əziyyət çəkirmiş. Bu barədə Özbəkistan hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, 1999-cu ildə qadına şizofreniya diaqnozu qoyulub. O, dəfələrlə xəstəxanada müalicə olunub.
Bobokulovanın həyat yoldaşı xəstəliyinə görə ondan boşanıb.
Xatırladaq ki, fevralın 29-da G. Bobokulova 4 yaşlı qızın başını bədindən ayırıb. Daha sonra o, əlində uşaq başı ilə Moskva metrosunda saxlanılıb. Başdan-ayağa qara rəngdə geyinmiş qadın “Allahu Əkbər” deyə qışqırıb və polisləri özünü partladacağı ilə hədələyib./qafqazinfo
7news.Az








