RU
Rusiyada anestezioloq narkozlu xəstələri zorladı
12:29
265

Rusiyada anestezioloq narkozlu xəstələri zorladı

Rusiyanın Sankt-Peterburq şəhərində yerli uşaq xəstəxanasının həkimi biri şagird olmaqla, üç pasiyentini zorlayıb.

7News.Az "Ren” TV-yə istinadən xəbər verir ki, insident Peterburqun "Uşaq Konsultativ-Diaqnostik Mərkəzində”baş verib.

Adı gizli saxlanılan anestezioloq-reanimatoloq narkozdan sonra halsız vəziyyətdə olan doqquzuncu sinif şagirdinə təcavüz edib. Zərərçəkənin valideynləri məsələ ilə bağlı polisə şikayət edib.

Artıq hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılan həkim törətdiyi əməli boynuna alıb. Xəstələrin vəziyyətindən sui-istifadə edən həkimin ikinci kurs tələbəsi olduğu bildirilir.  O, digər iki pasiyenti də zorlamaqda şübhəli bilinir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ