RU
Rusiyada azərbaycanlı sürücü Ukraynaya görə güllələndi - FOTO
15:40
235

Rusiyada azərbaycanlı sürücü Ukraynaya görə güllələndi - FOTO

Rusiyanın Rostov şəhərində azərbaycanlı taksi sürücüsü güllələnib.

7News.Az lent.az-a istinadən xəbər verir ki, hadisəni kapitan rütbəli hərbçi törədib.

Azərbaycanlı sürücü kapitanı müştəri kimi təyin olunan yerə apararkən söhbət Ukraynada gedən müharibədən düşüb. Sürücü Rusiyanın hərəkətlərini təcavüz adlandırıb, Rusiya ordusunun vəhşiliklərindən danışıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb.
Ətraflı

Bu vaxt əsəbləri dözməyən kapitan xidməti tapançasını çıxararaq sürücüyə 4 güllə vurub. Azərbaycanlı yerindəcə ölüb.

Faktla bağlı cinayət işi qaldırılıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ