RU
Rusiyada beşi uşaq olmaqla yeddi nəfər yanaraq ölüb
11:00
33

Rusiyada beşi uşaq olmaqla yeddi nəfər yanaraq ölüb

Rusiyanın Başqırdıstan respublikasının Sterlitamak rayonunda baş verən yanğında beşi uşaq olmaqla yeddi nəfər ölüb.

Bu barədə 7News.Az "TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, Matveevka kəndindəki kərpicdən tikilmiş yarımtikili evdə yanğın olub. Ümümi sahəsi 56 kv.m olan mənzildə baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinin kəşfiyyatı zamanı iki böyük və beş uşağın cəsədi aşkarlanıb.

Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ