RU
Rusiyada bir ailə özünü beşinci mərtəbədən atdı
12:54
1535

Rusiyada bir ailə özünü beşinci mərtəbədən atdı

Rusiyanın Vladimir vilayətində yerləşən Strunino şəhərində  4 nəfərdən ibarət bir ailə yanğın qurbanı ola bilərdi.

7News.az NTV telekanalına istinadən xəbər verir ki, beşinci mərtəbədə yaşayan ailə dördüncü mərtəbədəki yanğına görə tüstüdən boğulmamaq üçün özlərini yerə atmağa məcbur olublar. Qonşuların və yoldan keçən insanların köməyi ilə sərilmiş qalın yorğanın üstünə valideyinlər əvvəl iki uşağı atmış ( biri 11 aylıq körpə), sonra isə özləri tullanmışdılar. Nəticədə yalnız ailə başçısını saxlamaq mümkün olmadığından o yerə deyərək xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Qalan ailə üzvlərinə heç bir şey olmayıb.

Qeyd edək ki, qonşu uşaqları bunu lentə alarkən digər qonşular köməyini əsirgəməyərək birgə aulənin xilasına nail olublar.

Yanğını törədən qonşu qadın isə vaxtında evini tərk edərək xilas olub. Yanğın onun mətbəxdə xörək bişirdiyi zaman baş verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ