RU
Rusiyada DƏHŞƏTLİ QƏZA: iki avtobus toqquşdu - 13 ölü, 4 yaralı
15:20
386

Rusiyada DƏHŞƏTLİ QƏZA: iki avtobus toqquşdu - 13 ölü, 4 yaralı

Rusiyanın Tver vilayətində dəhşətli yol qəzası baş verib.

7News.Az Rusiya mediasına istinadən xəbər verir ki, Ford markalı mikroavtobus "Liaz" markalı avtobusla toqquşub .

Hadisə Kalinin rayonundakı Nekrasovo kəndi yaxınlığında baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Nazirliyin məlumatına görə, hadisə nəticəsində 13 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Qəzada xəsarət alanlar Mi-8 helikopteri ilə ərazidən təxliyə edilib. Qəzanın baş vermə səbəbi araşdırılır. Xilasedicilər, dövlət yol təhlükəsizliyi müfəttişləri, həkimlər və yanğınsöndürənlər hadisə yerindədir. Hadisə ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

 

Qəzada ölənlərin hamısının mikroavtobusda olanlar olduğu bildirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ