RU
Rusiyada erməni təxribatının qarşısı alındı
13:46
549

Rusiyada erməni təxribatının qarşısı alındı

Sentyabrın 11-də "Worldfood Moscow" beynəlxalq ərzaq sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının yerləşdirilməsinə cəhd edilib.


İqtisadiyyat Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, ölkəmizin Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı "ITE Group" da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ