RU
Rusiyada evdə baş verən yanğın zamanı ikisi uşaq olmaqla 5 nəfər ölüb
14:00
485

Rusiyada evdə baş verən yanğın zamanı ikisi uşaq olmaqla 5 nəfər ölüb

Rusiyanın Kostroma vilayətində evdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Kostroma vilayətinin Şarya şəhərində Belozerskaya küçəsində taxta ev yanıb. Nazirlik yanğın zamanı evdə 6 nəfərin olduğunu bildirib:

"Hadisə yerindən 1987-ci il təvəllüdlü qadın tapılaraq həkimlərə təhvil verilib. Qadın təcili yardım maşınında dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra hadisə yerindən 2 uşaq və 2 kişi meyiti aşkarlanıb”./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ