RU
Rusiyada helikopter qəzası baş verib
11:54
909

Rusiyada helikopter qəzası baş verib

Rusiyanın Kamçatka vilayətində “Robinson-44” helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

7News.Az-ın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka Vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.

Qəzanın baş verdiyi ərazidə 3 nəfərin cəsədi tapılıb. Axtarışlar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən onu da əlavə ediblər ki, bu model helikopter 4 nəfər yerlikdir.

Kamçatka regional axtarış-xilasetmə bazasından bildirilib ki, helikopterin uçuş üçün qeydiyyatı olmayıb.

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ