RU
Rusiyada kafedə 15 nəfərin ölümünə səbəb olan yanğın törədən şəxs tutulub - YENİLƏNİB
15:40
261

Rusiyada kafedə 15 nəfərin ölümünə səbəb olan yanğın törədən şəxs tutulub - YENİLƏNİB

Rusiyanın Kostroma şəhərində kafedə 15 nəfərin ölümünə səbəb olan yanğın törətməkdə şübhəli bilinən şəxs tutulub.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Saxlanılan şübhəlinin kimliyi açıqlanmayıb. 

10:45

Rusiyanın Kostroma şəhərində kafedə baş verən yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib.

09:45

Rusiyanın Kostroma şəhərində "Poliqon” adlı kafedə baş verən yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib.

İlkin məlumata görə, yanğın porotexnikadan istifadə nəticəsində baş verib: "Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb”. 

Fişəngi atan şəxs axtarışa verilib. 

08:08

Rusiyanın Kostroma şəhərində yerləşən əyləncə mərkəzlərinin birində baş verən güclü yanğın beş nəfərin ölümünə səbəb olub.

Bu barədə 7NEWS.Az "TASS”a istinadən xəbər verir.

Yanğın noyabrın 5-nə keçən gecə baş verib və 3,5 min kvadratmetr ərazini əhatə edib.

Yanğına beş ballıq şkala ilə 3-cü dərəcəli çətinlik dərəcəsi verilib.


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ