RU
Rusiyada koronavirusdan ölənlərin sayı 296 mini ötdü
21:30
1927

Rusiyada koronavirusdan ölənlərin sayı 296 mini ötdü

Rusiyada son bir gündə daha 27 434 nəfərə COVID-19 diaqnozu qoyulub.

7NEWS.Az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 186 823 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 076 nəfər artaraq 296 180-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 952 266 nəfər sağalıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ