30 yaşlı azərbaycanlı Rusiyanın Prikamye bölgəsidə 2016-cı ilin payızından qarətlə məşğul olub.
7news.Az-ın haqqin.az-a istinadən verdiyi xəbərə görə, o, 2017-ci ilin yazında saxlanılıb. Hazırda ziyan çəkmiş insanların axtarışı aparılır.
Polisin məlumatına görə, qarətçinin qurbanları kişilər olub. Perm şəhərinin əyləncə müəssisələrində qurban axtaran qarətçi onları içirdib, sonra isə soyub. Hüquq-mühafizə orqanların sözlərinə görə, o, içkili olan yeni tanışlarına onları öz avtomobili ilə mənzillərinə aparmağı təklif edib. Sonra kimsəsiz yerə apararaq onların üzərində olan mobil telefonları, pul və geyimlərini oğurlayıb. Onun qurbanları müqavimət göstərəndə isə, quldur onları döyürdü.
Məsələ ilə bağlı cinayət işinə başlanılıb.
7news.Az








