RU
Rusiyada Microsoft Outlook Poçta 2.0 ilə əvəz olunacaq
17:14
87

Rusiyada Microsoft Outlook Poçta 2.0 ilə əvəz olunacaq


Rusiyanın "Noviye Oblacnyye Tehnologii” proqram təminatı şirkəti Microsoft Outlook-u əvəz edəcək Poçta 2.0 platformasında korporativ poçt sisteminin hazırlanacağını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Rusiyanın "Noviye Oblacniye Tehnologii” proqram təminatı şirkəti 2023-cü ilin sonuna kimi idxalsız Poçta 2.0 platformasında korporativ poçt sistemini inkişaf etdirəcək. Bildirilir ki, dəyəri 1,1 milyard rubl (təxminən 285 milyon TL) olan yeni sistem Microsoft Outlook-un analoqu olacaq.

Layihədə "Ay-Teko” İT şirkəti və "Rosatom” dövlət şirkəti də iştirak edir. İdxalın Əvəz edilməsi üzrə Rusiya İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru İlya Massuh bildirib ki, layihənin sifarişçisi "Rosatom”, tərtibatçısı "Noviye Oblacniye Tehnologii”, icraçı isə "Ay-teko” şirkətidir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ